Böyrək Daşı Xəstəliyi

böyrək daşı xəstəliyi

Böyrək Daşı Xəstəliyi

Böyrəklərin ən mühüm vəzifəsi qanda olan zərərli maddələri bədəndən çıxarmaqdır. Bu işi yerinə yetirərkən ifraz olunan bəzi minerallar və bu mineralların birləşməsindən əmələ gələn kristallar böyrək daşı əmələ gətirir.

Normal şəraitdə bu kristallar heç bir maneəsiz sidik yollarından xaric olur. Ancaq bəzi patoloji hallarda bu kristallar böyrək kanallarında çökərək bir-biri ilə birləşir və daş əmələ gəlməsi prosesi başlayır. Bu proses çoxmərhələlidir və yaranmasında bir çox risk faktorunun rolu vardır.

əmələ gəlmə mərhələləri

daş xəstəliyi

Hansı əlamətlərlə 

biruzə verir?

Bel nahiyəsində şiddətli ağrı

Hərarət

Ürəkbulanma

Tez-tez sidiyə çıxma

Sidikdə qan

Ağrılı sidiyə getmə

Gottlieb, M., Long, B., & Koyfman, A. (2018). The evaluation and management of urolithiasis in the ED: A review of the literature. The American Journal of Emergency Medicine, 36(4), 699–706. doi:10.1016/j.ajem.2018.01.003

böyrək daşı xəstəliyi

Böyrək Daşı Xəstəliyi

Risk faktorları hansılardır?

Az maye qəbulu: qeyri-kafi maye qəbulu böyrək daşının əmələ gəlməsində ən mühüm amillərdən biridir. İsti iqlimdə yaşayan və həddindən artıq tərləyən fərdlər itirdikləri mayenin yerini doldurmazlarsa, daş xəstəliyinə tutulma ehtimalı artır.

Əvvəllər böyrək daşı problemi olan insanlarda böyrək daşlarının təkrarlanma ehtimalı daha yüksəkdir. Bundan başqa, 25 yaşadək şəxslərdə böyrək daşları əmələ gəlirsə, təkrar daş əmələ gəlmə ehtimalı daha çoxdur.

İrsi faktor: ailədə böyrək daşları olan şəxslər böyrək daşları üçün risk qrupundadırlar.

Yüksək miqdarda heyvani zülal və az miqdarda nişasta ehtiva edən qidaların istehlakı risk faktorudur.

Qidada duzun həddindən artıq olması risk faktorudur.

Kök və piylənmədən əziyyət çəkən insanlar böyrək daşlarının əmələ gəlməsi riski altındadır.

Sidiyin axınına hər hansı maneə törədə biləcək böyrək, sidik yolları və ya sidik kisəsinin anatomik qüsuru daş əmələ gəlməsinə səbəb ola biləcək faktorlardandır.

Bədəndən artıq mayenin çıxarılması üçün istifadə edilən dərmanlar (diuretiklər) daş əmələ gəlməsi üçün risk faktoru ola bilər.

Tez-tez baş verən sidik yollarının infeksiyaları, hiperparatireoz, Kron xəstəliyi, Medulyar süngər böyrək və Dent xəstəliyi kimi patologiyalar böyrək daşlarının əmələ gəlməsi riskini artıra bilər.

Uzun müddət D vitamini və kalsium əlavəsi qəbul etmək böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilər.

R Bartoletti , T Cai, N Mondaini, F Melone, F Travaglini, M Carini, M Rizzo; Epidemiology and risk factors in urolithiasis; Urol Int 2007;79 Suppl 1:3-7. doi: 10.1159/000104434.